İnsanlara hürriyət, millətlərə istiqlal!

İkardidən boşanan Vanda Nara barədə ŞOK İDDİA

Galatasaray futbolçusu Mauro İkardi ilə çətin boşanma prosesi ilə gündəmdən düşməyən Vanda Nara Argentina mətbuatının iddiasına görə, borc batağındadır.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Argentina jurnalisti Yanina Latorre Vanda Naranın məhkəmələrə böyük məbləğdə borcu olduğunu və 240 milyon peso cərimə cəzası aldığını bildirib.

Latorre, həmçinin Vanda Naranın İkardini hər yerdən blokladığını irəli sürüb. Bu vəziyyətin ardından İkardinin Naranı şikayət etdiyi qeyd olunur.

Vanda Nara və Mauro İkardinin boşanma prosesində qarşılıqlı olaraq ortaya atılan iddialar skandal səviyyəsindədir. Nara son olaraq, keçmiş əri Maksi Lopezdən olan uşaqlarının Mauro İkardidən şiddət gördüyünü iddia etmişdi. İkardi isə bu ittihama qarşılıq olaraq: “Sənin uşaqların mənə ata deyir” - şəklində bir paylaşım edərək özünü müdafiə etmişdi.

America TV-nin xəbərinə görə, Mauro İkardi və vəkilləri Vanda Naranın qızlarının təhlükəsizliyini riskə atdığını irəli sürərək yeni bir hüquqi proses başlatmağa hazırlaşır. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR