Onlayn ictimai-siyasi qəzet
Pauerliftinq üzrə dünya çempionu və İnquşetiya polis serjantı Rüstəm Kukurxoev içərisində 7 milyon rubl olan çantanı sahibinə qaytarıb.
BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.
O, çantanın sahibini aşkar etmək üçün sahibinin izinə düşüb.
Rüstəm yaxınları ilə birlikdə Nəzrandan Sunjaya gedirmiş. Qadınların alış-verişi zamanı Kukurxoev məscidə gedib və yolda bir çanta pul tapıb.
İdmançı tapdığı əşyanı sosial şəbəkələrdə paylaşıb və sahibi dərhal cavablandırıb.
Bu pul Qroznıdan olan uşağın əməliyyatı üçün yığılıb.
Xəstə uşağın atası sonda kömək etdiyinə görə idmançını mükafatlandırıb.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ