Onlayn ictimai-siyasi qəzet
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun həyatına sui-qəsd planının ifşa olunması ölkə gündəmini dəyişdirib.
Daha öncə də xəbər verdiyimiz kimi Dövlət Təhlükəsizlik Xidməti (DTX) Lənkəranın icra başçısını öldürmək istəyən şəxsi saxlayıb.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranıb.
Məsələ ilə bağlı “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu sosial media hesabında bununla bağlı açıqlama yazıb. O hesab edir ki, bu planın da arxasında dayanan İrandır.
Musavat.com həmin açıqlamanı təqdim edir:
24 Dekabr 2024
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ