Onlayn ictimai-siyasi qəzet
Husilərin nümayəndəsi Nəsr əd-Din Aamər sosial şəbəkə platforması X-də paylaşım edib.
Musavat.com xəbər verir ki, o, yəmən qüvvələrinin yaxın saatlarda Təl-Əvivdəki Ben-Qurion hava limanı və digər hava limanlarına hərbi zərbələr endirəcəyini bildirib.
“Qəzzadakı son eskalasiyaya cavab olaraq, Yəmən qüvvələri İsrail hava limanlarını hədəf alacaq. Bu obyektlərin təcili boşaldılması vacibdir”, – deyə Aamər bildirib.
O həmçinin əlavə edib ki, bu hücumlar Yəmən rəhbərliyinin İsrailin hava limanlarını blokadaya almaq qərarına əsasən həyata keçiriləcək.
Toğrul İSMAYIL,
Musavat.com
19 May 2025
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ