İnsanlara hürriyət, millətlərə istiqlal!

Husilər hipersəs raketi sınaqdan keçirdi

Yəmən husiləri yüksək ölümcül hipersəs raketi sınaqdan keçirib.

Musavat.com xəbər verir ki, bu barədə “RİA Novosti "Ənsar Allah" hərəkatına yaxın hərbi mənbə bildirib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, husilər bu cür raketləri öz hərbi arsenalına daxil etmək niyyətindədirlər.

Qeyd olunub ki, söhbət 10 min km/saat sürətə çata bilən raketdən gedir.

Məlumata görə, bərk yanacaqla işləyən raketin sınağı uğurlu olub.

Agentliyin mənbəsi əlavə edib ki, husilər hipersəs raketi sınaqdan keçirməklə yanaşı, partlayıcı döyüş başlıqlarını dəyişdirərək raket və PUA-larını da yeniləyiblər. Bu, husilərin hücumlarının dağıdıcı gücünü ikiqat artırmağa imkan verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR