İnsanlara hürriyət, millətlərə istiqlal!

Hovuza və dənizə bu cür tullanmaq ölümə səbəb ola bilər

Hovuza və dənizə akrobatik formada tullanmaq ölümə səbəb ola bilər.

BAKU.WS xəbər verir ki, türkiyəli beyin cərrahı həkimi Yasin Levend Özçelik dənizə və hovuza atılarkən edilən akrobatik hərəkətlər barədə insanlara xəbərdarlıq edib.

Özçelik dənizə baş vurmazdan əvvəl dərinliyə fikir verməyi və yerdə daş-qalaq olub-olmadığını bilməyin vacibliyini vurğulayıb:

"Dəqiqliyi və dərinliyini bilmədən atlayarkən başımızı və ya bədənimizi böyük daşa və ya qayaya vura bilərik. Bu da beyin qanaxması, onurğa qırılması, boyun qırılması, kəllə qırılması kimi bir çox qəzalara səbəb ola bilər. Hətta bu hərəkət bəzən iflicə və ölümə səbəb ola bilər".

Özçelik onu da qeyd edib ki, hovuza atlamaq üçün onun dərinliyi 1 metr 60 santimetrdən çox olmalıdır, əks halda hovuza atlamaq ölümlə nəticələnə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR