İnsanlara hürriyət, millətlərə istiqlal!

Hizbullah İsrailə raket yağdırdı

İsrail hərbçiləri Livandan yəhudi dövlətinin şimal rayonları istiqamətində 50-yə yaxın mərmi atıldığını qeydə alıblar.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bir neçə raket İsrailin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, qalan mərmilər isə yaşayış olmayan ərazilərə düşüb.

Ordunun məlumatına görə, bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livan ərazisinin dərinliklərində “Hizbullah” təşkilatının bir neçə hədəfinə hücum ediblər.

Bundan əlavə, son saatlarda İsrail qırıcıları Hanin bölgəsində “Hizbullah”ın silah anbarına və Livanın cənubundakı Beyt Hanun bölgəsindəki hərbi kompleksə hücum ediblər.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR