İnsanlara hürriyət, millətlərə istiqlal!

Hizbullah İsrail hərbi bazasına İran istehsalı raket atdı

İranın dəstəyi ilə fəaliyyət göstərən Livanın Hizbullah hərbi-siyasi təskilatı Qəzzada müharibənin başlamasından bəri ilk dəfə olaraq #İsrailin hərbi bazasına “Fələq-1” raketi atdığını açıqlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, İran istehsalı olan bu raketin buraxılması mediada geniş əks-səda doğurub.

Hizbullah yanvarın 26-da yaydığı açıqlamada sözügedən raket hücumunun hədəfində İsrailə məxsus hərbi hissənin olduğunu bildirib.

Məlumatlara görə, Hizbullah bu tip raketlərdən ilk dəfə 2006-cı ildə istifadə edib.

Qeyd olunub ki, “Fələq-1” raketi 240 mm çaplı, 10,5 km uçuş məsafəsinə malikdir və qəlpəsiz güclü #partlayıcı başlıqlar daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR