İnsanlara hürriyət, millətlərə istiqlal!

Hitlerlə bağlı yeni FAKTLAR - İnsan sümükləri TAPILDI

Avstriyanın Braunau am İnn şəhərində nasist Almaniyasının lideri Adolf Hitlerin doğulduğu evdə aparılan qazıntılar zamanı insan qalıqları tapılıb.

Musavat.com xəbər verir ki, “İzvestiya” hadisə yerindən kadrlar əldə edib.

Videodan görünür ki, nasistin evində çoxlu sümüklər tapılıb. 

Xatırladaq ki, oktyabrın 2-də Avstriya Daxili İşlər Nazirliyi Hitlerin doğulduğu evin bərpa ediləcəyini açıqlayıb.

Yenidənqurmadan sonra binada yerli hüquq-mühafizə orqanlarının əməkdaşları üçün ixtisasartırma kurslarının keçirilməsi nəzərdə tutulur.

Məlumata görə, Hitler 1889-cu ildə evin üçüncü mərtəbəsində anadan olub və bir neçə ay orada yaşayıb.

Onun hakimiyyətə gəlişindən sonra uzun müddət bu ev nasistlərin sitayiş yeri olub. 2016-cı ildə bina dövlət mülkiyyətinə keçib və polisə təhvil verilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR