Onlayn ictimai-siyasi qəzet
Hindistan hökuməti Pakistana heç bir damcı suyun getməməsi üçün ciddi tədbirlər görməyi planlaşdırır.
Musavat.com “Clash Report”a istinadən xəbər verir ki, bunu Hindistanın su ehtiyatları naziri Çandrakant Raqhunat Patil deyib.
Nazirin sözlərinə görə, bu tədbirlər ölkənin su ehtiyatlarını daha yaxşı idarə etmək və qorumaq məqsədi güdür.
Çandrakanth Patil yaxın zamanda Hindistan çaylarının təmizlənməsi işlərinin başlayacağını bildirib. Bu əməliyyatla çaylardan suyun qarşısını almaq və onu başqa istiqamətlərə yönləndirmək məqsədilə tədbirlər həyata keçiriləcək. Nəticədə, Pakistanın bu su resurslarına çıxışı məhdudlaşdırılacaq.
Musavat.com
09 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ