İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistandakı müqəddəs çayın üzərində zəhərli örtük

Hindistanda axan Yamuna çayı qalın ağ zəhərli köpük təbəqəsi ilə örtülüb. Musavat.com xəbər verir ki, bu barədə yazan “Hindustan Times” qəzeti müqəddəs çayın sularının ifrat çirkləndiyini qeyd edib.

Kanalizasiya sularının axıdılması nəticəsində çayın səthində zəhərli köpük əmələ gəlib. Bildirilir ki, Yamunaya hər gün 3,6 milyard litr çirkab suları tökülür. Yeni Dehlidə havanın keyfiyyətsiz olması səbəbindən çayda zəhərli maddələr də toplanır. Toksik köpük yüksək nisbətdə ammonyak və fosfat ehtiva edir və ciddi sağlamlıq riskləri yaradır. Maddələr tənəffüs sisteminə və dəriyə zərərli təsir göstərir.

Bu fonda yaranan köpük noyabrın 5-də baş tutacaq böyük Çhath Puja festivalı üçün təhlükə yaradır. Ənənəyə görə, bayram zamanı dindarlar özlərini çaya verirlər. Səlahiyyətlilərin artıq suya köpük təmizləyiciləri əlavə etməyə başladığı bildirilir.

Əvvəllər Nyu Dehli dünyanın ən çirkli havası olan şəhər kimi tanınırdı. Hindistanın paytaxtı atmosferdə çirkləndiricilərin maksimum səviyyəsini qeydə alıb. İncə hissəciklərin konsentrasiyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi təhlükəsiz səviyyədən, demək olar ki, 20 dəfə yüksəkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR