 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Hindistanın qərbindəki Racastan ştatında baş verən yol qəzasında ən azı doqquz nəfər ölüb.
Məlumata görə, qəza Racastan ştatının Calavar rayonunda yüksək sürətlə hərəkət edən yük maşınının digər avtomobilə çırpılması nəticəsində baş verib.
Üç nəfər hadisə yerində, altı nəfər isə yerli xəstəxanada müalicə olunarkən dünyasını dəyişib.
Qəza zamanı avtomobildə 10 nəfər olub. Hadisədən sonra yük maşınının sürücüsü qəza yerindən qaçsa da, sonradan saxlanılıb.//report
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ