İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan şirkətlərinin 600 milyon dolları Rusiyada qalıb

Hindistanın neft şirkətləri Rusiyanın neft-qaz layihələrində iştirakdan əldə edilən 600 milyon dollar dividendi necə almağın yollarını axtarırlar.

Musavat.com xəbər verir ki, söhbət gəlirlərini repatriasiya edə bilməyən “ONGC Videsh Ltd.”, “Oil India Limited”, “Indian Oil Corporation” və “Bharat Petroresources” şirkətlərindən gedir.

Hindistan mətbuatının yazdığına görə, hazırda araşdırılan variantlardan biri Rusiyada neft alan, Rusiya banklarındakı hesablardan istifadə edən müəssisələrə Hindistana qaytarılması şərtilə eyni həcmdə kreditin verilməsidir.

Mənbələrdən biri bildirib ki, həll yolu 2-3 aya dəqiqləşəcək.

Qeyd edək ki, Hindistanın neft şirkətləri Rusiyadakı müxtəlif layihələrdə iştirak payının alınmasına 5 milyard 460 milyon dollar yatırıblar. Hindistan Ticarət Nazirliyinin məlumatına görə, ilin birinci yarısında ölkə 130,4 milyon ton neft idxal edib ki, bunun da 44,5 milyon tonu Rusiya xammalı olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR