İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan İranla yeni saziş imzaladı: Şimal-Cənub dəhlizi...

Hindistan və İran arasında Çabahar limanının gələcək inkişafı haqqında sazişin imzalanıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı India TV News yayıb.

Bildirilir ki, saziş Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankarın Tehrana səfəri zamanı İranın Yollar və Şəhərsalma Naziri Mehrdad Bazrpaş ilə geniş müzakirələrdən sonra imzalanıb. Nazirlər Çabahar limanı ilə bağlı uzunmüddətli əməkdaşlıq çərçivəsinin yaradılmasına dair ətraflı və “məhsuldar müzakirə” aparıblar. Nazirlər həmçinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər İran və Hindistan arasında limanın inkişafı ilə bağlı imzalanmış sazişi başa çatdırmaq barədə razılığa gəliblər. İranın yollar naziri həmçinin ikitərəfli əməkdaşlığı genişləndirmək üçün müştərək nəqliyyat komitəsinin yaradılmasını təklif edib və bildirib ki, komitənin formalaşması tranzit imkanlarını və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizindən istifadəni aktivləşdirəcək.

Hindistanlı nazir Yeni Dehlinin Çabahar limanında nəqliyyat və tranzit sahəsində yeni investisiyalara başlamağa hazır olduğunu bildirib.
Hindistan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, iki nazirin ikitərəfli, regional və qlobal məsələləri də müzakirə edəcəyi gözlənilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR