İnsanlara hürriyət, millətlərə istiqlal!

Hillari Klinton Trampı məhkəməyə verdi

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Donald Tramp və vəkillərinə qarşı 1,06 milyon dollarlıq təzminatı nəzərdə tutan iddia ərizəsi verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, amerikalı siyasətçi 2016-cı il prezidentlik kampaniyası və ondan sonrakı dövrdə Trampın onlara qarşı iddiaları nəticəsində çəkdiyi məhkəmə xərclərini və məsrəfləri bu yolla geri almağa çalışır.

Trampın vəkillərindən Alina Xabba Klintonun ərizəsini təxribatçı ittiham adlandırıb.

Qeyd edək ki, Donald Trampın özü də 2022-ci ilin martında ABŞ-ın Florida dairəsi üzrə federal məhkəməsində Hillari Klinton və Demokrat Partiyasına qarşı iddia qaldırıb. O, demokratları 2016-cı il seçkilərinin nəticələrinə təsir etmək üçün qanunsuz hərəkətlərə yol verməkdə suçlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR