İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev Nikol Paşinyana CAVAB və DƏRS verdi!

Ermənistan baş nazirinin Minsk qrupunun ləğvi məsələsi ilə bağlı şərhində yenə də yalana və təhriflərə yol verib.

Musavat.com-un Azərtac-a istinadən verdiyi xəbərə əsasən, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Minsk qrupunun ləğv edilməsinin vaxtı çoxdan yetişib, belə bir təsisata heç bir lüzum yoxdur:

“Ermənistanın bu təsisatı gündəmdə saxlaması və bu istiqamətlə səylərini davam etdirməsi ona dəlalət edir ki, İrəvan münaqişənin bitməməsi təəssüratını yaradaraq Qərbdə onu dəstəkləyən tərəfdarları ilə müəyyən təsir vasitəsini əlində saxlamağa cəhd göstərir”.

Paşinyanın Ermənistan ilə Azərbaycan konstitusiyalarının müqayisəsi ilə bağlı fikirlərinə də toxunan Prezidentin köməkçisi deyib ki, Ermənistan konstitusiyasında müstəqillik haqqında akta uyğun olaraq Azərbaycana qarşı ərazi iddiaları, yəni, Qarabağın Ermənistana birləşdirilməsini ehtiva edən məqam hələ də qalmaqdadır.

“O müddəanı dəyişdirilməyincə iki dövlət arasında sülh müqaviləsinin əldə olunmasında ciddi problemlər görürük. Ermənistan cəmiyyəti özü də konstitusiyanı dəyişdirərək məhz o müddəanı, o istinadı oradan götürərək sülh şəraitində yaşamaq istəyini bir daha təsbit etməlidir. Amma Azərbaycan Konstitusiyasında heç bir dövlətə qarşı ərazi iddiaları olmayıb və bu, Azərbaycan xalqının haqlı iradəsini əks etdirən bir sənəddir. Bu müqayisəni də biz yalnız söz oyunu kimi dəyərləndiririk”, - H.Hacıyev deyib.

O, Ermənistanın baş nazirinə bu kimi söz oyunlarındansa, real sülh gündəliyinin irəli aparılması, məhz region dövlətlərinin iştirakı ilə sülh gündəliyinin dəstəklənməsi istiqamətində addımlar atılmasını tövsiyə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR