İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev Netanyahu ilə GÖRÜŞDÜ

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Musavat.com bu barədə Azərbaycanın İsraildəki səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

Qeyd edilib ki, tərəflər Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin regional hadisələri müzakirə ediblər.

"Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Baş nazir Benyamin Netanyahuya çatdırıb. Baş nazir təşəkkürünü bildirib və onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib", - paylaşımda vurğulanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR