İnsanlara hürriyət, millətlərə istiqlal!

Hidayət Heydərov bu tarixdə Bakıda olacaq: Təyyarə saat 05:15-də...

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan komandasına hələlik yeganə qızıl medalı qazandıran cüdoçu Hidayət Heydərovun Azərbaycana qayıdacağı vaxt məlum olub.

İdmançımız avqustun 4-də vətənə qayıdacaq. Publika.az-a bu barədə Azərbaycan Cüdo Federasiyasından eksklüziv məlumat verilib.

Olimpiya çempionumuzun olacağı təyyarə səhər saat 05:15-də Bakıda, Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcək.

Qeyd edək ki, Paris Yay Olimpiya Oyunları avqustun 11-dək davam edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR