İnsanlara hürriyət, millətlərə istiqlal!

Heyrətamiz bənzərlik - Seymur Herşin və Rusiya kəşfiyyatının təsbitləri üst-üstə düşür

Məşhur amerikalı jurnalist Seymur Herşin “Şimal axını” ilə bağlı məqaləsində təqdim olunan məlumatlar Rusiya xüsusi xidmət orqanlarının məlumatları ilə üst-üstə düşür.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Herşin materialına belə münasibət bildirib.

“Cənab Herşin hansı mənbələrə malik olduğunu bilmirik, lakin hər halda, onun dərc etdiyi məlumatlar, şübhəsiz ki, bizim xüsusi xidmət orqanlarının məlumatları ilə üst-üstə düşür”, - Peskov deyib.

Onun sözlərinə görə, faktiki olaraq kritik enerji infrastrukturuna, o cümlədən beynəlxalq birgə müəssisəyə qarşı belə bir terror aktı ABŞ və Böyük Britaniya tərəfindən təşkil edilib. “Onların bu terror aktında hansısa formada əli var”, - deyə Peskov yekunlaşdırıb.

Daha əvvəl Herş bildirmişdi ki, ABŞ hücum üçün “Şimal axını” boru kəmərini seçib, çünki o, onu asanlıqla sıradan çıxaracağına və baş verənlərdə iştirakını inkar edə biləcəyinə inanır. Jurnalist onu da vurğulayıb ki, ABŞ Almaniya və Avropaya təsirini itirmək qorxusundan Rusiya qaz kəmərlərini zədələyib.

Jurnalistin və Rusiya kəşfiyyatının məum terror aktına dair məlumatlarının üst-üstə düşməsinə gəlincə, burada elə bir müdhiş sirr yoxdur. Güman ki, tərəflər informasiya mübadiləsi ediblər.

Seymur Herş ənənəvi olaraq ABŞ hakimiyyətinə qarşı tənqidi ovqatı ilə tanınan araşdırmaçı jurnalistdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR