Onlayn ictimai-siyasi qəzet
Əmlak və torpaq vergisini ödəməyən şəxslərin borclarının üzərinə dəbbə pulu gələcək. Ödəməyən şəxslərdən isə həmin məbləğ məhkəmə qaydasında tələb ediləcək.
Bu barədə Bələdiyyələrin Onlayn Xidmət Mərkəzinin direktoru Adil Əhmədov deyib. Bələdiyyələr artıq real rejimdə öz ərazilərində olan vətəndaşların vergilərinin hesablanmasını həyata keçirir. Vergi qanunvericiliyinə əsasən, vətəndaş ona bildirişdə göstərilən vergi borcunu ödəməlidir. Yeni qaydaya əsasən, vətəndaş vergi borcunu ödəmədikdə, bələdiyyələr öz qərarlarını ərazi üzrə icra probasiya şöbələrinə təqdim edirlər. Belə olan halda isə ödəniş məhkəmə yolu ilə alınır.
Musavat.com xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu, sadəcə, çıxarışı olan evlərə şamil olunur:
"Bu, çıxarışı olan və mülkiyyət hüququ tanınan əmlaklara şamil olunur. Bu kriteriyada olan hər bir əmlak, torpaq əmlak vergisinə cəlb olunur. Həyət evi olanlar həm torpaq, həm tikinti, bina evləri isə sadəcə tikilinin vergisi ödəyir. Əlavə dəbbə ödənilməsi dedikdə, bir növ ödəniləcək verginin üzərinə gələn faiz kimi başa düşmək olar. Əmlak vergisi mütləq şəkildə ödənilməlidir. Ödənilmədikdə zamanla üzərində dəbbə yığılır və ödəniləcək məbləğin miqdarı daha da artır".
Ekspertin fikrincə bəzi istisnalar var ki, həmin əmlakların çıxarışı olmasa belə, bələdiyyələrə əmlak vergisi ödənilir:
"Hələki qanunvericilik əmlak vergisini sadəcə çıxarışlı mənzillərə şamil edir. Amma digər tərəfdən biz baxsaq, çıxarışı olmayan daşınmaz əmlakların mülkiyyət hüququ formalaşmasa da, yaşamaq hüququ var. Bu səbəbdən bəzi ərazilərdə yerləşən evlər çıxarışı olmasa da, bələdiyyələrə əmlak vergisi ödəyir".
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ