Onlayn ictimai-siyasi qəzet
Ötən gecə Rusiyanın yanacaq-enerji kompleksinə daxil olan iki müəssisə Ukrayna tərəfindən zərbələrə məruz qalıb.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna dronları Volqoqrad yaxınlığında yerləşən və “Lukoyl” şirkətinə məxsus olan neft emalı zavoduna zərbə endirməyə cəhd edib, lakin nail ola bilməyib.
Ukrayna dronlarının digər hədəfi olan Həştərxan qaz emalı zavoduna zərbələr isə dəqiq olub. Zavodun 3 emal qurğusunun üçü də, həmçinin təminatçı qaz borusu partladılıb. Nəticədə güclü yanğın başlayıb və müəssisə fəaliyyətini dayandırıb. Rusiya tərəfi insan itkisi olmadığını açıqlayıb.
Qeyd edək ki, ildə 12 milyard kubmetr emal gücünə malik Həştərxan qaz emalı zavodu nəinki Rusiyanın, dünyanın ən böyük qaz-kimya komplekslərindən biridir.
Onu da bildirək ki, hadisədən sonra Azərbaycan Hava Yolları şirkəti Həştərxana uçuşları qeyri-müəyyən vaxta qədər ləğv edib.
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ