Onlayn ictimai-siyasi qəzet
Ukrayna Hesablama Palatası 2023-cü ildə dövlət maliyyəsinin idarə edilməsində 60,8 milyard qrivna (1,5 milyard dollardan çox) məbləğində pozuntular aşkarlayıb.
Musavat.com xəbər verir ki, palatanın saytında yerləşdirilən məlumata görə, bu pozuntuların əksəriyyəti dövlət təhlükəsizliyi və müdafiə sahəsində baş verib:
“771 milyard qrivna (19,6 milyard dollar – red.) yoxlanılıb və təhlil edilib, 399 obyekt monitorinq edilib, dövlət maliyyəsinin idarə olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların məbləği demək olar ki, 60,8 milyard qrivna təşkil edib”.
Palata qeyd edib ki, ən çox qanun pozuntusu dövlətin təhlükəsizliyi və müdafiəsi sahəsində - 16,5 milyard qrivna (419 milyon dollar), dövlət büdcəsinin gəlirləri sahəsində - 12,4 milyard qrivna (315 milyon dollar), sosial sahədə və səhiyyədə - 8,4 milyard qrivna (213,5 milyon dollar) aşkarlanıb.
Məlumata görə, Ukrayna Hesablama Palatasının 2022 və 2023-cü illərdə verdiyi tövsiyələrin 64,4 faizi 2023-cü ilin sonuna kimi yerinə yetirilib və ya icra mərhələsindədir.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ