İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbçilərin pensiya yaşı ilə bağlı məsələ müzakirəyə çıxarıldı

Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com-un xəbərinə görə, bu barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Komitə sədri bildirib ki, Azərbaycan Ordusunun maddi-texniki təchizatının müasirləşdirilməsi, yeni çağırışlara cavab verən ən müasir hərbi texnikalarla təchizatı, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində mühüm addımlar atılır, eyni zamanda institusional islahatlar geniş miqyas alır:

“O cümlədən hərbi qulluqçuların peşəkar inkişafı üçün məqsədyönlü işlər aparılır, onların ölkəmizdə və xarici ölkələrdə ixtisaslarına müvafiq olaraq bir və ya bir neçə il təhsil almaları təmin edilir. Mövcud qanunvericilikdə hərbi qulluqçuların mülki təhsil müəssisələrinin yalnız qiyabi şöbələrində təhsil almaq hüquqları var”.

Komitə sədri qeyd edib ki, hərbçilərə xüsusi qayğı olaraq onların sosial müdafiəsinin gücləndirilməsi, təminat xərcliyinin artırılması üçün ardıcıl addımlar atılır və dövlət başçısının 7 noyabr 2023-cü il tarixli fərmanı ilə növbəti artım olaraq 2024-cü ilin əvvəlindən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılacaq:

“Yeni qanun layihələri qəbul olunduğu halda hərbçilərin xidmətdə olma müddətinin artırılması həmin şəxslərin mütəmadi artan təminat xərcliyini almaqda davam etməsinə, eyni zamanda onların yekunda daha çox pensiya almasına imkan yaradacaq. Beləliklə, bir sıra qanunlarda (“Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda) nəzərdə tutulan dəyişikliklərin hər biri həm Ordumuzun, ölkəmizin müdafiə qabiliyyətinin, həm də hərbi qulluqçuların sosial təminatının daha da gücləndirilməsi hədəflərinə xidmət edir”.

Layihə ilk oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR