İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər kəs Priqojinin təyyarəsinin pilotunu axtarır

“Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojinin müəmmalı təyyarə qəzasında ölməsi ilə bağlı təfərratlar üzə çıxır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, araşdırmaçı jurnalistlər “MNT Aero” şirkətinin baş direktoru və Yevgeni Priqojinin şəxsi pilotu Artyom Stepanovun adına diqqət çəkiblər.

Kseniya Sobçak onun qardaşı Semyonu tapıb. Həmin admın sözlərinə görə, polis ona zəng edərək qardaşını harada tapacağını soruşub. Semyonun Artyomla əlaqəsinin zəif olduğunu, lakin onun bir neçə gündən sonra Moskvaya gəlib ifadə verəcəyini söyləyib.

“VChK-OGPU” anonim telegram-kanalı isə Stepanovu təyyarə qəzasında "ilk şübhəli" adlandırır. Kanalın informasiyasına əsasən, Stepanov təyyarə qəzasından əvvəl Kamçatkaya gedib.

Artyom Stepanov Priqojinlə bağlantıları səbəbindən ABŞ sanksiyaları altındadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR