İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS Misir və Qətərin Qəzzada atəşkəslə bağlı şərtlərini qəbul etdi

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs şərtlərini danışıqlarda vasitəçilik edən Misir və Qətərdən qəbul edib.

Bu barədə Qətərin "Al Jazeera" telekanalı HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayiyə istinadən məlumat yayıb.

"HƏMAS müsbət cavab verdi. Misir və Qətərin bu ərazidə hərbi əməliyyatları dayandırmaq təklifini qəbul etdi", – o söyləyib.

Əl-Haya təşəbbüsün təfərrüatlarını açıqlamayıb. Lakin bir neçə İsrail media orqanı yenilənmiş və uzadılmış atəşkəs müqabilində beş israilli məhbusun azad ediləcəyini bildirib.//report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR