İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS-la bağlı ŞOK AÇIQLAMA - 10 min dollar və hər girov üçün mənzil...

Oktyabrın 7-də Qəzza zolağından İsrailə hücum zamanı ələ keçirilən hər girov üçün radikal HƏMAS hərəkatının silahlılarına 10 min dollar pul mükafatı və mənzil vəd edilib.

Musavat.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, İsrailin Baş Təhlükəsizlik Xidməti və polis hücumda iştirak edən altı HƏMAS üzvünü dindirib. Nəticədə dindirilmənin ayrı-ayrı fraqmentlərinin yer aldığı videoyazı dərc edilib.

Nəşrin məlumatına görə, silahlılardan biri Qəzzaya girov gətirənlərə 10 min dollar və mənzil vəd edildiyini bildirib.

“The Jerusalem Post” HƏMAS radikallarının müxtəlif təcrübələrə malik olduğunu qeyd edir.

Qəzetin yazdığına görə, İsrail hərbçiləri bütün terrorçulara mülki şəxsləri, o cümlədən qocaları, qadınları, uşaqları öldürmək və qaçırmaq üçün aydın göstərişlər verildiyini aşkar edib. Materialda deyilir ki, təlimata əsasən, onlar şəhərləri tutmalı, yerli sakinləri öldürməli və ya qaçırmalı, sonra isə öz mövqelərini tutmalı idilər.

Nəşrin məlumatına görə, silahlılar dinc sakinləri sığınacaqlarını tərk etməyə məcbur etmək üçün tüstüdən istifadə etdiklərini, ev heyvanlarını güllələdiklərini, insanlardan canlı qalxan kimi istifadə etdiklərini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR