Onlayn ictimai-siyasi qəzet
İsrailin Qəzza zolağı ilə Misir arasındakı sərhəddə Filadelfiya dəhlizi adlanan ərazini tərk etmək istəməməsi anklavda atəşkəs razılaşmasının açıq şəkildə pozulmasıdır.
Belə bəyanatla çıxış edən Fələstinin HƏMAS hərəkatı vasitəçilərdən İsrail hakimiyyətini anlaşmanın bütün şərtlərini yerinə yetirməyə məcbur etməyi tələb edib.
"İsrailin Qəzza ilə Misir arasındakı sərhədi bufer zonaya çevirməyi planlaşdırdığına dair bəyanatlar atəşkəs razılaşmasının açıq şəkildə pozulması və onun gələcəkdə ümumiyyətlə baş tutmaması üçün bəhanələr yaratmaq cəhdidir", - HƏMAS-ın “Telegram” kanalında bildirilib.
Hərəkat sövdələşmənin şərtlərinə tam şəkildə əməl etdiyini və onun ikinci mərhələsi üzrə danışıqlara hazır olduğunu təsdiqləyib. Bununla əlaqədar olaraq radikallar vasitəçilərdən və beynəlxalq ictimaiyyətdən İsrail hakimiyyətini sazişin şərtlərinin onların üzərinə düşən hissəsini yerinə yetirməyə məcbur etmək üçün dərhal ciddi tədbirlər görməyi xahiş ediblər.
HƏMAS həmçinin İsrailin müdafiə naziri İsrael Katsın atəşkəs dövründə yaraqlıların İsrail əsgərlərinə və İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrinə hücum etməyi planlaşdırdığına dair iddialarını əsassız adlandırıb. "İsrail hakimiyyəti bu cür bəyanatlarla atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetirməkdən yayınmağa çalışır", - HƏMAS bəyan edib.\\"Report"
27 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ