İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS-ın yeni lideri Sinvar haqqında sensasion məlumatlar

ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınan HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə bu il iyulun 31-də Tehranda qətlə yetirildikdən sonra onun yerinə təyin olunmuş Yəhya Sinvarın da İranla sıx əlaqələrə malik olduğu deyilir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, avqustun 6-dan əvvəl bu vəzifəyə namizəd kimi HƏMAS-ın keçmiş siyasi büro başçısı Xalid Məşəlin və mərhum Haniyəyə yaxın şəxs sayılan Xəlil əl-Həyyanın adları çəkilirdi.

AzadlıqRadiosunun təhlilçisi Kian Şərifi yazır ki, İran faktorunu nəzərə almayan ekspertləri 2017-ci ildən HƏMAS-ın Qəzza üzrə rəhbəri sayılan Sinvarın təyinatı təəccübləndirib.

Bunu Təl-Əvivdə mənzillənmiş Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun eksperti Yohanan Tzoreff də etiraf edib:

"Fələstin məsələləri ilə məşğul olan biz ekspertlərdən heç birimiz düşünmürdük ki, Haniyəni Sinvar əvəzləyə bilər. Halbuki Sinvarın yeni lider təyin olmasının əsas səbəbi Tehrandır”.

Tzoreff deyir ki, Məşəlin 2011-ci ildə Ərəb baharı zamanı Suriya prezidenti və İranın müttəfiqi Bəşər əl-Əsədi tənqid etməsi onu İranın siyasi liderliyinin gözündən salıb.

Ekspertin fikrincə Məşəlin hakimiyyətə qayıtması Fələstin qruplaşmasının İranla münasibətlərini gərginləşdirə bilərdi.

Lakin bəzi məlumatlara görə Sinvar hazırda Qəzzada gizlənir və 2023-cü ilin oktyabrından, təşkilatın İsrailə basqınından bəri gözə dəymir. Həmin basqının məhz Sinvar tərəfindən planlaşdırıldığı düşünülür.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR