İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS-ın yeni lideri “kölgə” dən çıxır- İzzəddin Həddad kimdir?

Fələstin radikal HƏMAS hərəkatının liderlərindən biri Məhəmməd Sinvarın cəsədi Qəzza zolağının cənubundakı tunellərdən birində tapılıb.

Musavat.com xəbər verir ki,  Məhəmməd  Sivar  və daha 10 silahlının cəsədi Xan Yunis şəhərinin altındakı tuneldə tapılıb.

“Veçernyaya Moskva” telekanalı xəbər verir ki, HƏMAS təqdim olunan məlumatlara hələlik münasibət bildirməyib.

gfgfdbyhizz.JPG (93 KB)

İsrailin “Kan” radiosunun  məlumatına görə, əməliyyatın hədəfi HƏMAS-ın İzzəddin əl-Qəssam Briqadaları qrupunun hərbi qanadı olan Məhəmməd Sinvar olub. Sinvar 2024-cü ilin oktyabrında həlak olan HƏMAS lideri Yəhya Sinvarın kiçik qardaşıdır. Hərəkatın yeni rəhbəri qruplaşmanın dirçəldilməsi üçün fəal səy  göstərirdi, çünki onun döyüş imkanları İsrailin 2023-cü ilin oktyabrından Fələstin anklavında həyata keçirdiyi hərbi əməliyyat nəticəsində ciddi şəkildə zəifləyib.  

Məhəmməd Sinvarın təxminən 50 yaşı var. O, gənc yaşlarında HƏMAS-a qoşulub və avqustda öldürülən hərəkatın silahlı qanadının rəhbəri Məhəmməd Deyfin yaxın adamlarından olub. Böyük qardaşından fərqli olaraq, Məhəmməd Sinvar İsrail həbsxanasında “əhəmiyyətli vaxt” keçirməyib, buna görə də o, İsrail təhlükəsizlik xidmətlərinə daha az tanışdır. O, uzun illər pərdə arxasında işlədiyi üçün “Kölgə” ləqəbini alıb. Məhəmməd Sinvarın İsrail həbsxanasında cəmi 9 ay qalması onun fələstinlilər arasında nüfuzunu azaldıb. Lakin o, üç il Fələstin həbsxanasında yatıb və sonradan qaçıb. İsrail həbsxanasında qaldığı nisbətən qısa müddətə görə səlahiyyətlərinin olmamasına baxmayaraq, Məhəmməd Sinvar hakimiyyəti gücləndirmək üçün fəal şəkildə çalışırdı. Onun əsas vəzifələrinə HƏMAS-ın infrastrukturunun yenidən qurulması və təşkilatın döyüş qabiliyyətinin gücləndirilməsi daxil idi. 

İddia edilir ki, Məhəmməd Sinvar İsraillə razılaşma çərçivəsində HƏMAS-ın resurslarını bərpa etməyə, hərəkatın Qəzza zolağında mövqelərini gücləndirməyə və anklavda uzunmüddətli sülhə nail olmağa çalışırdı. İsrail ordusunun məlumatına görə, döyüşlər zamanı İsrail ordusu hərəkatın 30 min döyüşçüsündən 17 minini öldürüb. Nəşr yazır ki, son bir neçə ay ərzində hərəkata yüzlərlə yeni yaraqlı qoşulub. 2024-cü ilin avqustunda Tehranda İsmayıl Haniyəyə sui-qəsdən sonra bu Fələstin hərəkatının Siyasi Bürosunun ikinci rəhbəridir ki, öldürülür.  

800x400 (1).jpg (135 KB)

Bildirilir ki,  HƏMAS-ın əsl kölgə fiquru   İzzəddin Həddaddır. O, HƏMAS-ın əsas fiqurlarından biridir və hərəkatın yüksək səviyyəli komandirləri arasındadır.

Həddad “Əqsa tufanı” əməliyyatının səhra komandiri idi. Əməliyyatdan bir gün əvvəl o, briqada komandirlərini gizli şəkildə toplayaraq onlara əməliyyatla bağlı göstərişlər verib. Bu təlimatlarda vurğulanırdı ki, əməliyyatın ilk anlarında mümkün qədər çox İsrail əsgəri əsir götürülərək Qəzza zolağına gətirilməlidir. Bundan əlavə, ələ keçirilən ərazilərin əməliyyat və nəzarətinin tam sənədləşdirilməsi ilə bağlı tapşırıqlar verilib. Həddad İsrailin bir neçə sui-qəsd cəhdindən sağ çıxıb, lakin onun komandanlıq vəzifələrində olan iki oğlu son müharibədə həyatını itirib. Bildirilir ki, hazırda HƏMAS-ın Qəzza zolağında ən azı 20 min döyüşçünün olduğu bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

BÜTÜN XƏBƏRLƏR