Onlayn ictimai-siyasi qəzet
HƏMAS: Girovların müqabilində azad edilməli olan məhbuslar buraxılmadan danışıqlar olmayacaq
Fələstin müqavimət hərəkatı HƏMAS İsrailin fevralın 22-də azad etməli olduğu bir qrup məhbusu buraxmayana qədər vasitəçilərlə aparılan danışıqlardan imtina etdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, hərəkatın nümayəndəsi Mahmud Mərdavi bu barədə bəyanat verərək, İsrailin razılaşdırılmış şərtlərə əməl etmədiyini bildirib.
"Altı israilli girovun qaytarılması müqabilində azad olunmalı olan məhbuslar buraxılmadıqca, vasitəçilər vasitəsilə düşmənlə heç bir danışıqlar aparılmayacaq", – deyə Mərdavi vurğulayıb.
Qeyd edək ki, HƏMAS 1987-ci ildə yaradılmış Fələstin islamçı hərəkatıdır və əsas məqsədi İsrailin işğalına qarşı mübarizə aparmaq və Fələstin dövlətini qurmaqdır. Təşkilatın siyasi və hərbi qolları var, hərəkat Qəzza zolağında hakimiyyəti əlində saxlayır və İsrailə qarşı silahlı müqavimət göstərir.
Musavat.com
24 Fevral 2025
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ