İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS-dan İsrailə "raket yağışı" canlı yayımda ANBAAN LENTƏ ALINDI - VİDEO

 

HƏMAS İsrailin Qəzza sərhədində yerləşən Aşkelon şəhərinə raketlər yağdırıb və "Dəmir Günbəz" işə düşüb.

BAKU.WS xəbər verir ki, baş verən hadisələr CNN Türk-ün canlı yayımı zamanı anbaan lentə alınıb. 

Qəzzadan ard-arda raketlər atıb. Raketlər havada məhv edilsə də, hücumlar dəqiqələrlə davam edib. 

Qeyd edək ki, HƏMAS hava hücumlarının fasiləsiz davam edəcəyini bəyan etmişdi. Hücumlardan əvvəl mülki şəxslərə Aşkelonu tərk etmələri barədə xəbərdarlıq da olunmuşdu.

Xatırladaq ki, ötən həftə şənbə günü İsrail ərazisinə HƏMAS qruplaşması hücum edib. Nəticədə İsraildə ölənlərin sayı 1200-ə yüksəlib, yaralananların sayı isə 2700-ü keçib.

Qəzza zolağında isə İsraillə münaqişə nəticəsində ölənlərin sayı 900-ə çatıb. Məlumatı Fələstinin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, 4500 nəfər xəsarət alıb.

Ölənlərdən 260-ı uşaq, 230-u isə qadındır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR