İnsanlara hürriyət, millətlərə istiqlal!

Həlak olanlardan biri yeniyetmə olub

AZAL-ın qəzaya uğrayan təyyarəsində həlak olanlardan biri yeniyetmə olub.

13 yaşlı Məhəmmədəli Fərid oğlu Eqanov qəza nəticəsində həyatını itirib. Bu barədə yeniyetmənin sinif yoldaşları sosial şəbəkədə paylaşım ediblər.

Məhəmmədəli Eqanov Bakının Xətai rayonunda yaşayırmış. O, 27 nömrəli tam orta məktəbin 8d sinfində rus bölməsi üzrə təhsil alıb. Yeniyetmənin anası milliyyətcə çeçendir. 13 yaşlı oğlan Yeni il bayramını qeyd etmək üçün Bakıdan Qroznı şəhərinə gedirmiş.

Məlumata görə, Məhəmmədəli ilə birgə təyyarədə heç bir yaxını olmayıb.

Qeyd edək ki, Qazaxıstanın Aktau şəhərində baş verən qəza nəticəsində 38 nəfər həlak olub, 29 sərnişin isə yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR