İnsanlara hürriyət, millətlərə istiqlal!

Həlak olan 20 yaşlı gənc Çeçenistana istirahətə gedirmiş

Qazaxıstanda qəzaya uğrayan təyyarədəki sərnişinlərdən biri əslən Balakən rayonundan olan və Sumqayıt şəhərində yaşayan Mahmud Tütünçüyev olub.

“Report”un yerli bürosu məlumat verir ki, 20 yaşlı gənc Çeçenistana istirahətə gedirmiş.

M.Tütünçüyev qəza zamanı həlak olub.

Evin tək övladı idi.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR