İnsanlara hürriyət, millətlərə istiqlal!

Həddindən artıq ağrıkəsici qəbulu orqanizmdə nələrə səbəb olur?

Mədə sağlamlığının ən böyük düşməni şüursuz istifadə edilən ağrıkəsicilərdir. Qastroenterologiya mütəxəssisi Sedef Kuranın bildirib ki, ağrıkəsicilər mədə mayesində prostaqlandin balansını dəyişdirərək mədədə qıcıqlanma yaradır. 

Mütəxəssisin fikrincə, mədəmizdə qan axını azaldaraq qastrit, xora kimi xəstəliklər təkrarlanır:

"Sonrakı dövrlərdə xəstə təcili yardıma müraciət edir. Ağrı kəsicilərin və Helicobacter Pylori bakteriyalarının qastrit və xora kimi xəstəliklərin əmələ gəlməsində çox əhəmiyyətli təsirə malikdir. Gərgin stressli həyat, turşu və hazır qidalar, siqaret və spirtli içkilərdən istifadə, ağrıkəsicilər, revmatizmin müalicəsində istifadə olunan dərmanlar, Helicobacter Pylori infeksiyası mədədə toxumaların zədələnməsinə səbəb olur. Mədə hüceyrələrini turşu kimi zərərli faktorlardan qoruyan maye ilə əhatə olunmuş bir quruluşa malikdir. Xüsusilə şüursuz şəkildə istifadə edilən ağrıkəsicilər və buna bənzər dərmanlar buradakı quruluşu tamamilə zədələyir. Bəzi insanlar xroniki olaraq ağrıkəsicilərdən asılı bir həyat sürürlər. Həssas quruluş mədəmiz bu faktorlara qarşı çıxa bilmir və hüceyrələr toxuması pozulur və mədə hüceyrələri zədələnir"./lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR