İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbs cəzası alan Halil Ergenç: “Hər gün iki saat…”- Video

“İD Consultancy” şirkətinin sahibi Ayşe Barım istintaqı çərçivəsində yalan ifadə verməkdə ittiham olunan və məhkəmənin qərarı ilə 1 il 10 ay 15 gün həbs cəzası alan aktyor Halil Ergenç TV100-ə müsahibə verib.

Musavat.com xəbər verir ki, o, rol aldığı “Kral kaybederse” serialından danışıb:

“İstedadlı komanda ilə çalışıram. Serial kanalda yayımlandıqdan sonra Netfilx-də tamaşaçı qarşısına çıxır. Tamaşaçılar sevərək izləyir. Canlandırdığım Kənan Baran maraqlı xarakterdir. Mənimlə ortaq nöqtələri yoxdur. Kaş, hər kəsdə onda olan özgüvənin az hissəsi olsaydı. Bəzi insanlar özlərini ifadə etməkdə çətinlik çəkirlər. Demirəm ki, başqasının alanına girsinlər. Sadəcə özgüvənli olması, gözəldir”.

Aktyor serialda parik taxılmasından da bəhs edib:

“Hər gün iki saat saçın taxılmasına vaxt sərf olunur. İzləyicilər isə o tərzi bəyənir”.


Qeyd edək ki, Fuat Uğurun "TV100"də yazdığı məqalədən sonra kino və serial sektorunda təlatüm yaşanıb. Uğurun yazısında idarəetmə şirkətinin “inhisarlaşma” səyləri ilə yanaşı, Serenay Sarıkaya ilə Mert Dəmir arasındakı münasibətlə bağlı “5 milyon dollar qarşılığında reklam əlaqəsi” ifadəsi də yer alıb. Rəqabət Şurası bəzi idarə şirkətləri, xüsusilə də Ayşe Barımın sahibi olduğu və sektorda bir çox məşhur adı təmsil edən "ID İletişim" şirkəti haqqında araşdırma başladıb. Şirkətin sahibi Ayşe Barım da həbs edilib.

Bir neçə gün öncə Ayşe Baranla bağlı ifadə verən aktyorlar Halit Ergenç və Rıza Kocaoğlunun yalan şahidlik ittihamı ilə mühakimə olunduğu iş üzrə hökm çıxarılıb.

Məhkəmənin qərarı ilə Ergenç 1 il 10 ay 15 gün, Kocaoğlu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmün elanı təxirə salınıb.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR