Onlayn ictimai-siyasi qəzet
Rusiyada bu mövsüm donuz qripi yayılır və artıq xüsusi xəbərdarlıq olunub.
Musavat.com Medicina.az-a istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, aktiv yayılan viruslar içində А (H1N1) 2009, yəni donuz qripi ştammı qeydə alınıb.
Həkimlər bildirir ki, infeksiya insan orqanizmi üçün xüsusi təhlükəlidir, çünki cəmi 1 günə ürək, ağciyər, qaraciyər, beyinin işini poza bilir. Xəstəlik zamanı vəziyyət sürətlə pisləşir, ölüm riski çoxdur.
Xəstəliyin əlamətləri belə təsnif edilib: qəfildən güclü təngnəfəslik başlayır, hərarət getdikcə artır; ürək ritmi pozulur, təcili yardıma qədər artıq xəstə ağırlaşır. Düzgün yardım olunmadıqda letal sonluq olur.
Ona görə də donuz qripindən qorunmaq üçün payızda qrip peyvəndi olunun və adam çox olan yerlərdə qorunun.
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ