Onlayn ictimai-siyasi qəzet
Hazırda dünya Rusiyanın növbəti yalanına şahidlik edir.
Musavat.com Unian-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski axşam videomüraciətində deyib.
O qeyd edib ki, bu gün həm amerikalılarla, həm də avropalılarla söhbətlər olub: "Hər kəsə vicdanla demək lazımdır - dünyada hər kəsə, xüsusən də atəşkəs rejimini dəstəkləyənlərə. Rusiya müharibəni uzadır və hər şeyi edir ki, hələ də Moskvaya təzyiqlə deyil, sözlə təsir etməyə çalışan ölkələri sadəcə aldatsın".
O vurğulayıb ki, bütün dünya Rusiyanın növbəti hiyləsini seyr edir: "Moskva ilə söz işləmir. Söz verdikləri və yəqin ki, bir həftədən artıqdır hazırladıqları qondarma memorandumu hələ heç kim görməyib. Ukraynaya verməyiblər. Tərəfdaşlarımıza da verməyiblər. Hətta ilk görüşə ev sahibliyi edən ölkə kimi Türkiyəyə də yeni gündəlik verilməyib. Halbuki bunun tam əksini vəd etmişdilər, birinci növbədə Amerika prezidentinə. Növbəti Rusiya yalanı. Onlar görüşlərin real nəticəsiz bitməsi üçün hər şeyi edirlər və bu, Rusiyaya yetərincə sanksiyaların olmasının başqa bir səbəbidir”.
Musavat.com
31 May 2025
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ