İnsanlara hürriyət, millətlərə istiqlal!

Hava kəskin dəyişir: temperatur 20 DƏRƏCƏ enəcək - Bu ölkədə...

Meteorologiya Baş İdarəsi Türkiyə üzrə kəskin hava dəyişiklikləri barədə xəbərdarlıq edib.

Musavat.com "CNN Türk"ə istinadən xəbər verir ki, həftənin ilk günü Marmara və Qara dəniz bölgələrində başlayacaq yağışlar qısa müddətdə bütün ölkəyə yayılacaq.

Mövsüm normallarının üzərində olan temperatur ani şəkildə 10-20 dərəcə aşağı enəcək. Xüsusilə İstanbulda temperaturun 20 dərəcə enməsi gözlənilir. Bu soyuq hava dalğası 24 mart tarixinə qədər davam edəcək və xüsusilə daxili və şərq bölgələrində qarla qarışıq yağış və qar yağışına səbəb olacaq.

Böyük şəhərlərdə gözlənilən temperatur dəyişiklikləri aşağıdakı kimidir:

Ankara: -4°C

İstanbul: 2°C

İzmir: 3°C

Konya: -3°C

Antalya: 6°C

Bolu: -4°C

Samsun: 0°C

Vətəndaşlara hava şəraitinə uyğun geyinmələri və ehtiyatlı olmaları tövsiyə olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR