Onkoloqlar insanın xarakteri, davranışı, hiss və emosiyalarının xərçəngə tutulmaqda rol oynadığını müşahidə edib.
Musavat.com "Medicina"ya istinadən xəbər verir ki, onkoloji xəstələrin psixoloqu Dmitriy Troçskiy öz təcrübələrinə əsaslanaraq, hansı tip xarakterdə xərçəng xəstəsinin çox olduğunu açıqlayıb.
"Birincisi tərs, inadkar və səhvini görməyən, başqalarını günahkar bilənlər. Ölsəm də bunu etməyəcəm, mən buna razı olmaram, yalnız mən öləndən sonra sözlərini tez-tez deyənlər. Nə həyatı, nə özləri ilə barışmayanlar. Düşüncəsi, ruhu rahat olmayan daha çox qadınlar müxtəlif şişlərə erkən qapı açır.
Eləcə də təkbaşına hər şeyə sinə gərənlər, hər işini özləri görənlər, heç kimdən kömək istəməyənlər, özlərinə yetənlər, hədsiz qürur edənlər, özlərini qurban hesab edənlər, heç kimə güvənməyənlər.
Amma ən çox riskdə küsənlər, kin bəsləyənlər, daxili qəzəb hissi olanlar , daim qisas almaq hissi ilə yaşayanlar, cəzalandırmaq həvəsində olanlardır.
Özünü haqsızlığa uğrayan hiss edən, hətta ailəsini günahlandıranlar, hər kəlməsindən narazılıq, etiraz, nifrət süzülənlər də xərçəng ola bilir.
Xərçəng insanın ruhunun bədənini zəhərləməsidir. Ona görə də vaxtında psixoloji dəstək və müalicə almaq vacibdir.
Beyninizdəki, ürəyinizdəki, həyatınızdakı xaosu qaydaya salın, bacarmırsızsa, mütəxəssisə müraciət edin.
ŞƏRHLƏRŞƏRH YAZ