İnsanlara hürriyət, millətlərə istiqlal!

Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Bağırsaqda poliplər, xoş və bədxassəli şişlər yaranır. Hazırda kolorektal onkologiya çox yayılıb. Bağırsaqda şişləri ayırd etmək çox zaman çətin olur.

Cərrah Yen Jurdan hansı şişlərin daha təhlükəli olmasını açıqlayıb.

“Bağırsağın sağ tərəfindən olan şişləri kolonoskopiyada belə aşkarlamaq çətindir. Ona görə onlar kiçik ölçüdə olanda tapılmır, gec mərhələdə görünür.

Hətta biz proktoloqlar deyirik ki, bağırsağın sağ və sol tərəfindən olan şişləri ayrıca xəstəlik kimi qəbul etmək və fərqləndirmək lazımdır.

Sol tərəfdəki şişlər siqmavari hissədə olur, aşkarlanması və müalicəsi, əməliyyatı asandır.

Sağ tərəfdə olan şişlər çox hamar olur, nəzərdən qaçır, ona görə 3-cü mərhələyə kimi gedir.

Sağ tərəf daha yumşaq və mayeli olduğundan orda şiş olduqda ağrı və köp, keçməməzlik də gec yaranır.

Sol tərəfdə olan şiş bağırsağı daha tez tutur, qəbizlik artır və keçməməzlik yaradır.

Ona görə sol tərəfdə şiş yarandıqda xəstələri daha çox xilas etmək olur”.//Medicina.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR