İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakimiyyətə gəlmək üçün “saman çöpündən yapışmaq” – Trampın “ERMƏNİ SEVGİSİ”

ABŞ-də prezidentliyə namizəd Donald Tramp erməni sevgisini ifadə edən bəyanatı ilə gündəmə gəlib. O, “Artsax”da 120 min erməni xristianı dəhşətli şəkildə təqib ediləndə və zorla köçürüləndə Kamala Harris heç bir şey etməyib”, – deyə fikir səsləndirib.

D.Tramp daha sonra qeyd edib ki, Kamala Harris ABŞ prezidenti olarsa, dünya üzrə xristianlar təhlükəsiz olmayacaq. O, özünün president olacağı təqdirdə, təqib olunan xristianları qoruyacağını, zorakılığa və etnik təmizləməyə son qoyacağını, Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyini bəyan edib.

 1721028979_1953148-750x559.jpg (75 KB)

D.Trampın bu açıqlaması ilə bağlı Medianews.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, eks-prezident yeni seçkilərə iki həftə qalmış ABŞ-dəki erməni seçicilərinin səsini qazanmaq üçün onları yada salıb.

Onun qənaətincə, bu o deməkdir ki, D.Tramp yenidən prezident seçiləcəyi təqdirdə erməni məsələsi və Ermənistanla münasibətlər dövlət başçısının fəaliyyətində ən sonuncu yeri tutacaq: “ABŞ-də seçkilərə iki həftədən az qaldığı müddətdə Respublikaçıların namizədi, keçmiş prezident Tramp da bu ölkədə yaşayan erməni seçicilər haqqında düşünməyə başlayıb. Bu vaxta qədər Demokratların namizədi Kamala Harrislə onun arasında mübarizə yəhudilərin, ərəblərin, qara dərilərin səsini qazanmaq uğrunda gedirdi. İndi isə Tramp seçki kompaniyasının lap sonunda erməniləri yada saldı. Bu elə o deməkdir ki, Tramp seçiləcəyi təqdirdə erməni məsələsi və Ermənistanla münasibətlər onun fəaliyyətində ən sonuncu yeri tutacaq. Əlbəttə ki, əgər tutacaqsa”.

 image_660x441_66276a94dd227.jpg (47 KB)

Politoloq xatırladıb ki, prezident olduğu dövrdə D.Tramp nəinki Ermənistan, hətta Cənubi Qafqazı belə, yaddan çıxarmış, bu bölgənin mövcudluğunu unutmuşdu: “Onun Cənubi Qafqaz Respublikaları ilə münasibətləri yalnız müstəqillik günlərində dövlət başçılarına təbrik məktubları göndərməklə məhdudlaşırdı. Eyni zamanda Trampın erməniləri yada salması heç də təəccüblü görünmədi. Çünki, o, hazırda yenidən prezident seçilməsi üçün ölüm-dirim mübarizəsi aparır. Bu, onun siyasi karyerasının son həmləsidir və əgər qalib gəlməsə, siyasi fəaliyyətlə vidalaşacaq”.

 ag-ev-azeuro-1-900x507-1.jpg (98 KB)

Ə.İbrahimov söyləyib ki, D.Trampın biznes həyatında da işlər yaxşı getmir. Politoloqun sözlərinə görə, Tramp prezident seçilməyəcəyi təqdirdə özünü bankrot elan edəcəyi verilən proqnozlar içindədir: “Hakimiyyətə gəlmək üçün az qala “saman çöpündən” yapışan Trampın ermənilərə istinad etməsinə onun seçkiqabağı kampaniyası kontekstindən yanaşmaq lazımdır. Sonradan onun prezident seçildiyi təqdirdə seçkiqabağı kampaniya zamanı verdiyi vədləri tutub-tutmayacağına gəlincə, əgər prezidentliyi dövründə verdiyi vədləri yerinə yetirsəydi, indiki vədlərini də yerinə yetirəcəyini düşünmək olardı. Amma o, müsahibələrinin birində seçkiqabağı “kampaniya zamanı verdiyiniz vədləri niyə yerinə yetirmədiniz sualaına”- “seçki kampaniyası başqa, seçilmək başqa”, – deyə cavab vermişdi. Bu faktın özü hər şeyi ifadə edir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR