İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakim partiya seçkilərdə qalib gəlsə, Polşa Aİ-dən çıxacaq

Polşanın hakim “Hüquq və ədalət” partiyasının qarşıdan gələn parlament seçkilərində qələbəsi Varşavanın Avropa İttifaqından çıxmasına səbəb olacaq. Bu fikri Polşanın müxalif “Vətəndaş koalisiyası” siyasi assosiasiyasının lideri Donald Tusk X (keçmiş Twitter) sosial şəbəkədəki səhifəsində bildirib.

“Oktyabrın 15-də ya “Hüquq və ədalət”i sıradan çıxaracağıq, ya da “Hüquq və ədalət” bizi Avropa İttifaqından çıxaracaq”, - Tusk deyib.

Polşada növbəti parlament seçkiləri oktyabrın 15-də keçiriləcək. Artıq ölkədə seçki kampaniyasına start verilib. İctimai rəy sorğularında “Hüquq və ədalət” öndədir. İkinci yerdə respublikanın keçmiş baş naziri, Avropa Şurasının keçmiş rəhbəri Donald Tuskun “Vətəndaş koalisiyası” siyasi birliyi qərarlaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR