İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakerlər “Reytinq” qəzetinin və baş redaktorun profilini oğurladı

“Reytinq” qəzetinin baş redaktor Afiq Mirzəbəylinin “Facebook”-dakı şəxsi profili hakerlər tərəfindən oğurlanıb. Kibercinayətkarlar profil üzərindən idarə olunun və “Reytinq” onlayn qəzetinə (Reyting.az) məxsus səhifəni və A.Y.Media qrupunu da ələ keçiriblər.

Afiq Mirzəbəylinin sözlərinə görə, şəxsi profilini, səhifəni və qrupu geri qaytarmaq cəhdləri hələ ki, nəticə vermir.

Baş redaktor ələ keçirilmiş profildəki paylaşımlara məsuliyyət daşımadığını deyib və yarana biləcək narahatlığa görə virtual aləmdəki dostlarına üzrxahqlıq edib.

O, kibercinayətkarlıqla bağlı aidiyyəti dövlət qurumlarına müraciət etdiyini bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR