Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, iyulun 6-da saat 24 radələrində paytaxtın Suraxanı rayonunda əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 8 dəfə məhkum edilmiş, oğurluq əməllərinə görə axtarışda olan 1983-cü il təvəllüdlü Məmmədov Mehman Səlahəddin oğlu polis əməkdaşı tərəfindən saxlanılarkən üzərində olan kəsici alətlə müqavimət göstərib.
Ağır xəsarət alan polis kapitanı Fəxrəddin Nəsirov yaralanmasına baxmayaraq, cəhdin qarşısını alıb və onu saxlayaraq digər polis əməkdaşlarına təhvil verib. Xəsarət alan polis əməkdaşı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Musavat.com qətlə yetirilən polisin fotosunu təqdim edir:
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ