Onlayn ictimai-siyasi qəzet
“Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb”.
Bu barədə məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Məlumatda qeyd olunub ki, 17.05.2024-cü il tarixində saat 02:35-də Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
“Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Xəsarət alanlardan 38 yaşlı şəxsin (cinsi kişi) həkimə qədər ölümü qeydə alınıb. Digər 30 yaşlı şəxs isə (cinsi kişi) alın-təpə nahiyəsinin çapılmış yarası diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə hospitalizasiya olunub.
Xəsarət alan şəxsə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb”.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ