İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacıqabulda qəza olub, sürücü ağır yaralanıb

Hacıqabulda sürücünün ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində Ucar rayonunun Yuxarı Silyan kənd sakini, 1990-cı il təvəllüdlü Nuriyev Hilal Atamoğlan oğlunun idarə etdiyi “Ford Tranzit” markalı avtomobil yolların buz bağlaması səbəbilə sürüşərək TIR-a çırpılıb.

Nəticədə birincinin sürücüsü ağır vəziyyətdə hər iki ayağının sınıq diaqnozu və travmatik şok vəziyyətində Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR