İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Şahin radikal dini qruplaşmanın Londondakı səfirliyimizə hücumunu pislədi - VİDEO

Azərbaycanlı ilahiyyatçı, din xadimi Hacı Şahin Həsənli Azərbaycanın Londondakı səfirliyinə edilən hücumu pisləyib. 

Musavat.com xəbər verir ki, bu barədə Hacı Şahin Həsənli video-müraciətində bildirib. 

"Bu, birbaşa müxtəlif dairələrin maraqlarını ifadə edən ağılsız davranışdır. Bu kimi davranışların İslamla heç bir əlaqəsi yoxdur. Bu kimi insanlar özlərini İslamın heç bir məzhəbinə aid edə bilməzlər. Bunlar qarşılarına cılız məqsəd qoymuş marginal qruplardır", -deyə Hacı Şahin Həsənli qeyd edib.

Bildiririk ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olan qruplaşma üzvləri Azərbaycan bayrağını binanın qarşısından qaldırıblar. Qısa zamanda radikal qruplaşma üzvləri saxlanılıb, bayrağımız səfirlik binasının qarşısına yenidən sancılıb.

Hacı Şahin Həsənlinin video-müraciətini izləyə bilərsiniz:

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR