İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Qalib 35-ci dəfə Həccə getdi - "Nəhayət, 35 oldu"

Azərbaycanda Ramazan bayramının davam etdiyi günlərdə bir sıra vətəndaşlar Həcc ziyarətinə yollanır. Ziyarətə yollananlar içərisində tanınmış şəxlər, o cümlədən, iş adamları, sabiq millət vəkilləri də var.

Manset.az-ın əldə etdiyi məlumata görə, Həcc ziyarətinə yollananlar sırasında sabiq millət vəkili Hacı Qalib Salahzadə də olub.

O sayta açıqlamasında 35-ci dəfə Həcc ziyarətində olduğunu təsdiqləyib:

"Nəhayət, 35-ci dəfə Həcc ziyarətində oldum. Arzusunda olanlara qismət olsun. Müsəlmanların əsas vəzifələrindən biri Həcc ziyarətinə getməkdir. Onu da qeyd edim ki, 35 ilin içərisində ildə 2-3 dəfə getdiyim olub. Şükür Allaha hər şey yaxşıdı. Sağlamlığım yerindədir".

Qeyd edək ki, Hacı Qalib Salahzadə uzun müddət Milli Məclisin deputatı olub, onun dəfələrlə Həcc ziyarətinə getməsi müzakirə mövzusuna çevrilib. Bununla bərabər sabiq deputat qalmaqallı torpaq, əmlak problemləri ilə də yadda qalıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Mart 2025

BÜTÜN XƏBƏRLƏR