İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın son imtahanı - baş nazirdən prezidentə həbs xəbərdarlığı

Zurabişvilini Saakaşvilinin taleyi gözləyir; ekspert deyir ki, “xarici agentlər” haqda qanuna dəyişikliklər iqtidarın geri çəkilməsi demək deyil

Yeni il ərəfəsi Gürcüstan hakimiyyətini daha bir, yəqin ki, sonuncu legitimlik və möhkəmlik sınağı gözləyir. Bu həftəsonu - dekabrın 29-da etirazların başında duran və Avropa İttifaqı (Avropa Parlamenti) tərəfindən tam dəstəklənən hazırkı prezident Salome Zurabişvlinin səlahiyyət müddəti yeni prezident Mixail Kaveleşvilinin andiçməsindən sonra bitəcək. Lakin o, vəzifəsindən getməyəcəyini bildirib. Hadisələrin sonrakı inkişafına da böyük ehtimalla onda aydınlıq gələcək.

“Salome Zurabişvili dekabrın 29-da vəzifəsini tərk etməlidir”.

Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze  kreslosundan əl çəkmək istəməyən keçmiş prezidentə xitabən bildirib: “Görəcəyik ki, o, həyatını harada, dəmir barmaqlıqlar arxasında, yoxsa azadlıqda davam etdirəcək”.

Maraqlıdır ki, məhz bu ərəfədə ATƏT-in Müşahidə Missiyası 26 oktyabr parlament seçkiləri ilə bağlı yekun rəyini açıqlayıb və Avropa Parlamentinin mövqeyinə diametral zidd olaraq, nəticələri tanıyıb. Buna görə Kobaxidze ATƏT-ə təşəkkür də edib.

Yenə məhz bu ərəfədə bəlli olub ki, Gürcüstan hökuməti (daha dəqiqi, parlament) etirazlara səbəb olmuş “Xarici agentlər” haqda qanuna düzəliş edə bilər. Bu nədir, hakim qüvvənin Qərbin təzyiqi qarşısında geri addım atması, yoxsa...

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)  - TurkicWorld

İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, qonşu Gürcüstanda baş verən proseslər kifayət qədər ciddidir və burada xarici təsir, xarici müdaxilələr aydın şəkildə özünü göstərir. Bəzən bu xarici təsirin həcmi, miqyası azalır, bəzən daxildəki hakim qüvvələr də xarici təsirə uyğun olaraq addımlar atmağa məcbur olurlar. Biz bunu əvvəlki dövrlərdə də müşahidə etmişik: “Salome Zurabişvilinin vəzifədə qalma dövrü bu ilin sonu bitir. Dekabrın 29-da yeni seçilmiş prezident öz səlahiyyətlərini qəbul edəcək. Zurabişvilinin hakimiyyətdən getmək istəməməsi, onun nə yolla olur-olsun prezidentlik müddətini davam etdirmək niyyəti daxildə böyük toqquşmalara gətirib çıxara bilər. "Gürcü Arzusu" Partiyası parlament seçkilərində də bəyan etmişdi ki, prezident vəzifəsinə başqa şəxs seçiləcək. Belə də oldu. Artıq yeni seçilən prezident məlumdur və Salome Zurabişvili öz səlahiyyətlərini təhvil verməsə, onun həbsi də nəzərdən keçirilə bilər. İstənilən halda onun bu və ya digər formada öz məqsədlərinə çatmaq istəyi, özünü müxalifətin lideri kimi təqdim etməsi Mixail Saakavşili senarisini yarada bilər. Yəni belə bir ehtimal var və dilə gətirilir. Baş nazir Kobaxidzenin Salome Zurabişvinin dəmir barmaqlılar arxasında ola biləcəyi barədə söylədiyi fikir heç də təsadüfən deyilməyib. Bu, bir xəbərdarlıq mesajı kimi qiymətləndirilə bilər. Digər tərəfdən, Avropa Parlamentinin mövqeyinə zidd olaraq ATƏT-in Gürcüstandakı parlament seçkilərinin yekunları ilə bağlı mövqeyi bir qədər təəccüb doğurur. Bu, xüsusilə Fransa prezidenti Emmanuel Makronun telefon zəngindən sonra baş verən proseslər kimi nəzərdən keçirilə bilər. Avropanın yeni Gürcüstan hakimiyyəti ilə sanki dialoqa getmək istəyi də görünməkdədir. Çünki anlayırlar ki, güc yolu, qeyri-hökumət təşkilatları, media sektoru ilə öz məqsədlərinə nail ola bilmirlər. Burada əhali hakim partiyanı dəstəkləyir. Buna qarşılıq olaraq əgər bütün məsələlər razılaşdırılacaqsa, “Xarici agentlər” haqda qanunda müəyyən korrektələrin edilməsini “Gürcü Arzusu” həyata keçirə bilər. Ancaq bu, heç də o demək olmayacaq ki, hakimiyyət geri çəkilir. Müəyyən mənada yumşalmaya getmə “Gürcü Arzusu” Partiyasının faydasına olacaq".   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR