İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda səs-küylü qərar: Xarici agentlərə 5 il həbs cəzası tətbiq oluna bilər

Gürcüstanda xarici təsirlərlə bağlı yeni qanun qüvvəyə minib.

Musavat.com xəbər verir ki, bu qanun ABŞ-ın məşhur FARA (Foreign Agents Registration Act) qanununun analoqu kimi qəbul edilib və həm hüquqi, həm də fiziki şəxsləri əhatə edir.

Yeni qanun ötən il qəbul edilən “Xarici təsirin şəffaflığı haqqında” qanundan fərqli olaraq daha sərt cəza tədbirləri nəzərdə tutur. Belə ki, xarici agent kimi tanınan şəxslər və təşkilatlar 5 ilədək azadlıqdan məhrum edilə bilər.

Qanunun qəbul edilməsi Gürcüstanda və beynəlxalq ictimaiyyətdə ciddi narahatlığa səbəb olub. Tənqidçilər bu sənədin müstəqil QHT-lər və jurnalistlərə qarşı təzyiq vasitəsinə çevriləcəyini bildirirlər. Gürcü hökuməti isə qanunun milli təhlükəsizlik və şəffaflıq məqsədi daşıdığını vurğulayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR